Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:04

«Qafqazda sərhədlərin zorla dəyişdirilməsi mümkün deyil»


Türkiyə prezidenti Azərbaycanın daha demokratik olacağına da inanır
Türkiyə prezidenti Azərbaycanın daha demokratik olacağına da inanır

«Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyindən heç kim narahat olmasın. Bu kəməri çəkərkən onun təhlükəsizliyi məsələsi həll olunub».


Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında PKK terrorçu təşkilatının regionda törədə biləcəyi təhlükələri şərh edərkən belə deyib.


Gül bildirib ki, Türkiyənin hədəfində İraqı işğal etmək yox, terror təşkilatı ilə mübarizə aparmaq durur. Onun sözlərinə görə, Türkiyənin ABŞ-dan gözləntisi təkcə kəşfiyyat xəbərlərini paylaşmaq deyil: «Türkiyə öz təşəbbüsü ilə hərəkət edəcək bir ölkədir».


A.Gül hesab edir ki, Qafqazda sərhədlərin zorla dəyişdirilməsi mümkün deyil: «Türkiyə dünya məsələləri ilə məşğul olarkən onun Qafqazdakı işğala baş qoşmayacağını, Qarabağı yoxmuş kimi görəcəyini düşünmək çox böyük səhvdir».


Türkiyə prezidenti Azərbaycanın daha demokratik olacağına da inanır: «Bu, zaman məsələsidir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG