Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:18

«Biz Qəbələylə bağlı çox ciddiyik»


Ekspertlər hesab edir ki, Qəbələ Avropada quraşdırılacaq sistemləri əvəzləyə bilməz
Ekspertlər hesab edir ki, Qəbələ Avropada quraşdırılacaq sistemləri əvəzləyə bilməz

Texnologiyanın köhnəliyinə baxmayaraq, «gördüklərim məni heyrətləndirdi»-, bunu, Qəbələdən qayıdan amerikalı, general Patrik O’Reyli deyir.


Pentaqonun Raketdən Müdafiə Agentliyinin direktor müavini O’Reyli sentyabrda Qəbələ Radiolokasiya Stansiyasına gedən komandada idi.


Sentyabrda tarixdə ilk dəfə olaraq amerikalı hərbçiyə Rusiyanın gizli obyektlərindən birinə girməyə icazə verdilər. Həmin səfərdən sonra amerikalılar bildirdilər ki, Qəbələ radarı əvəzolunmazdır, onu ancaq Avropada quraşdırılacaq sistemlərə əlavə etmək olar.


General O’Reyli Vaşinqtona hesabatında deyib ki, Qəbələdəki sistem əladır, nəhəngdir. Eyni zamanda Amerikanın oxşar sistemlərindən iki dəfə böyükdür. Bütün Yaxın Şərq səmasına baxmaq, vaxtında xəbərdarlıq eləmək üçün Qəbələ radarının imkanları arzuolunandır. Amma Qəbələ Avropada quraşdırılacaq sistemləri əvəzləyə bilməz.


Qəbələ radarının görə bildiyi sahə daha böyükdür. Ona görə də Vaşinqton nə Avropada quraşdıracağı sistemlərdən, nə də Qəbələ radarından imtina edir

Bunu noyabrın 6-da Amerika Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini David Kramer də «Azadlıq» radiosuna deyib.


«Biz Qəbələylə bağlı çox ciddiyik. Azərbaycan rəsmiləri də danışıqlarda iştirak eldir. Sentyabrda Qəbələyə misilsiz səfər oldu. Sistemin imkanları barədə məlumat aldıq. Amma bu sistem bizim Polşada və Çexiyada planladığımız sistemdən fərqlidir. Qəbələ radarı xəbərdarlıq edə bilər, amma gələn raketləri izləyə bilməz. Ona görə hesab edirik ki, Qəbələ əlavə radar ola bilər, əvəzləyici ola bilməz».


Pentaqon bildirir ki, Qəbələ radarı havadakı raket barədə detallı məlumat vermək, raketi izləmək və nişan almaq imkanına malik deyil. Bu funksiyaları Çexiyada yerləşdirilməsi nəzərdə tutulan sistem yerinə yetirəcək. Amma Qəbələ radarının görə bildiyi sahə daha böyükdür. Ona görə də Vaşinqton nə Avropada quraşdıracağı sistemlərdən, nə də Qəbələ radarından imtina edir.


Hərbçi ekspert Üzeyir Cəfərov deyir ki, bu məsələ həll olunub, Amerika Qəbələ radarından istifadə edəcək.


«Mən sizə açığını deyim, Amerika üçün bundan yaxşı şans ola bilməz, özü də təklif Putin tərəfindən gəlib. Qəbələ çox unikal obyektdir. Keçmiş SSRİ-nin həmişə karına gəlib. Xeyli müddətdir fəaliyyət göstərsə də, bu stansiya qocalmayıb».


Qəbələdəki Radiolokasiya Stansiyasının layihəsi 1970-ci ildə hazırlanıb, 80-ci ildə tikilib. «Herald Tribun» yazır ki, Qəbələ radarı köhnəlsə də, yaxşı qalır və amerikalı generalın Qəbələ barədə hesabatına səbəb də radarın yaxşı qalmağıdır.


Keçən ay Moskvada olan Amerika Dövlət katibi Kondaliza Rays və müdafiə naziri Robert Geyts Qəbələni Avropada quraşdıracaqları sistemlərə əlavə etmək istədiklərini bildiriblər.


Birləşmiş Ştatlar raketdən müdafiə sistemlərini Polşa və Çexiyada yerləşdirmək istəyir. Rusiya bunun əleyhinədir, əvəzində Qəbələni təklif edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG