Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 14:00

«57-ci bazar»da obyektlərin sökülməsinə başlanıb


Sahibkarlar artıq 3 mindən çox şəxsin imzası ilə Prezident Aparatına müraciət hazırlayıblar
Sahibkarlar artıq 3 mindən çox şəxsin imzası ilə Prezident Aparatına müraciət hazırlayıblar

Naxçıvanın ən iri ticarət mərkəzlərindən olan - «57-ci bazar»ın ətrafında mağazaların sökülməsinə başlanıb. Ərazidə yerləşən 70-ə yaxın mağaza gecə saat 12 radələrindən ağır texnikanın köməyi ilə sökülür.


Sahibkarlar «Azadlıq» radiosuna bildiriblər ki, mağazaların bəzilərinin içərisində malları qalıb.


Satıcılara artıq bazarda gözətçinin olmayacağı ilə bağlı xəbərdarlıq edilib.


Sahibkarlar 3 mindən çox şəxsin imzası ilə Prezident Aparatına müraciət hazırlayıblar.


Babək rayonunun Nehrəm kəndindəki mağazaların hələlik sökülmədiyi bildirilir.


Digər məlumata görə Bakıda yaşayan nehrəmlilər kəndlərindəki mağazalarının sökülməsinə etiraz əlaməti olaraq aksiya keçirməyə hazırlaşırlar.


Noyabrın 4-də Naxçıvan şəhərində ticarət mərkəzinin sökülməsinə etiraz edən satıcılar etiraz aksiyası keçiriblər. Aksiyada 2 mindən çox adam iştirak edib.


Rəsmilər Naxçıvan şəhərində 57-ci məhəllədə yerləşdiyinə görə, «57-ci bazar» adlanan ticarət mərkəzinin abadlıq işləri ilə əlaqədar söküləcəyini bildirirlər.


XS
SM
MD
LG