Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:06

Hacievski yığmanın heyətini açıqlayıb


Azərbaycanın futbol yığmasının yeni baş məşqçisi Qyoko Hacievski noyabrın 6-da AFFA-nın binasında mətbuat konfransı keçirib.

Yığmanın Finlandiya və Belçika ilə qarşıdakı seçmə oyunlarına çağırdığı futbolçuların adını açıqlayan Hacievski eyni zamanda heç bir rəqibdən çəkinmədiklərini, lazım gələrsə, komandasının hətta açıq futbol oynaya biləcəyini deyib.

23 nəfərlik siyahıda üç debütant var. Onlar Kamran Ağayev, Cəmşid Məhərrəmov və Elnur Abbasovdur.

Rauf Mehdiyev, Rəşad Sadıqov, Usim Nduka, Rail Məlikov, Mahmud Qurbanov, Andre Ladaqa, Zaur Tağızadə, Zaur Ramazanov və Leandro Qomeş isə müəyyən fasilədən sonra yığmaya qaytarılıb.
XS
SM
MD
LG