Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 11:20

«Müharibə Azərbaycanın inkişafının qarşısını ala bilər»


«Mətbuata təzyiq yox, onu məsuliyyətli etmək lazımdır»
«Mətbuata təzyiq yox, onu məsuliyyətli etmək lazımdır»

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid noyabrın 4-də Bakıdakı Amerika-Azərbaycan Təhsil Mərkəzində bir qrup ABŞ-da oxumuş tələbələrlə görüşdə bildirib.


Onun sözlərinə görə, Amerika Qarabağ nizamlanmasında sülh yolunun alternativini görmür, belə ki, «müharibə Azərbaycana heç nə verməyəcək»: «Regionda yeni silahlı gərginlik həm də demokratik institutların yaranmasının qarşısını ala bilər».


Kosovo probleminin digər münaqişələr, o cümlədən Qarabağ üçün presedent olması barədə suala Frid mənfi cavab verib. Deyib ki, bu «heç Texas üçün də presedent deyil».


Cənab Frid Azərbaycandakı siyasi vəziyyətə də toxunub. Onun fikrincə, azad və ədalətli seçkilər azad və ədalətli prezident deməkdir. Amerika Azərbaycanın müxalifətini də, mətbuatını da güclü görmək istəyir: «Mediaya qarşı təzyiqlər düzgün addım deyil. Mətbuata təzyiq yox, onu məsuliyyətli etmək lazımdır. Biz Azərbaycanı güclü görmək istəyirik».


Frid onu da vurğulayıb ki, normal ölkələrdə hakimiyyət bir nəfərin əlində cəmləşmir.


Enerji layihələrinə toxunan Frid Azərbaycanın tranzit ölkə kimi Amerika üçün əhəmiyyətli olduğunu vurğulayıb. Amma onun fikrincə, neft gəlirlərinin düzgün xərclənməsinə də fikir verilməlidir.


ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində erməni soyqırımı ilə bağlı qəbul olunan qərarı Frid «səfeh addım» adlandırıb. Onun sözlərinə görə, Buş administrasiyası bu qərara qarşı iradəsini ortaya qoyub və fikrində qətidir. «Amerikanın da, digər ölkələrin də tarixində keçmişdə müəyyən hadisələr olub, amma bundan yanlış istifadə etməmək lazımdır».


Frid onu da vurğulayıb ki, ABŞ-da erməni lobbisi güclü olsa da, türk lobbisi də zəif deyil və bu kimi addımlara cavab verə bilər. ABŞ rəsmisi həmçinin Türkiyə ilə Ermənistan arasında siyasi danışıqları vacib sayıb.


XS
SM
MD
LG