Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:01

Yol qəzasında ölənlərin sayı 14-ə çatıb


Qəza nəticəsində ölən və yaralananların hamısı qohum olublar
Qəza nəticəsində ölən və yaralananların hamısı qohum olublar

Bu gecə Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib. Gecə saat 00:30-da Qobustan qəsəbəsində sərnişin mikroavtobusunun «Kamaz»la toqquşması nəticəsində 14 nəfər ölüb, 6 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır.


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Ərəstun Məcidov «Turan»a məlumat verib ki, həlak olanların 5-i kişi, 4-ü qadın, 5-i uşaqdır.


Ölən və yaralananların hamısı mikroavtobusda olanlardır. Toydan evə qayıdan sərnişinlərin hamısı qohum olublar.


ANS xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar 1 saylı təcili tibbi yardım xəstəxanasına aparılıblar.


«Kamaz»-ın sürücüsünün şəxsiyyəti barədə isə hələlik heç bir açıqlama verilmir.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG