Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Korrupsiyada ittiham olunan müstəntiq həbs edilib


Rüşvət alma və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi həbs edilib.


«Trend»in məlumatına görə, Mahir Nağıyev barəsində oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Nağıyev Baş prokurorun əmri ilə xüsusi rütbədən məhrum edilməklə, prokurorluq orqanlarından xaric edilib.


Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Nağıyev barəsində aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, o, mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyərkən Baba Mahmudzadə və Ehtiram Əhmədovun həbs olunmaması üçün onlardan rüşvət alıb.


Nağıyev həmin cinayət işi üzrə axtarışda olmuş Nataliya Sinisınanın həyat yoldaşı Anatoli Sinisının adına olan, Bakı şəhərinin Yasamal rayonunda, «Qanlı göl» ərazisinin şərq hissəsindəki 0,12 hektar bağ sahəsini rüşvət şəklində ələ keçirib.


XS
SM
MD
LG