Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:38

AMİP Türkiyə səfirliyi qarşısında aksiya keçirib


Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyada terrorla mübarizədə Türkiyəyə dəstək verilməsi ilə bağlı şüarlar səsləndirilib.


Aksiya 15-20 dəqiqə davam edib, piketin qətnaməsi oxunub, ancaq səfirlik binası yaxınlığında partiya fəalları ilə polis arasında insident yaranıb. Aksiyaçılar dağılışmaq istəməyiblər, səfirliyin binasından bir qədər aralı ərazidə yenə də şüarlar səsləndirməyə cəhd ediblər.


Polis buna imkan verməyib, aksiyaçıları hadisə yerindən uzaqlaşdırıb.


XS
SM
MD
LG