Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:23

Zaur Tağızadə və Rəşad Sadıqov Azərbaycan yığmasına çağırılacaq


Şahin Diniyevlə münaqişə üzündən yığmanın heyətinə düşə bilməyənlərə şans veriləcək
Şahin Diniyevlə münaqişə üzündən yığmanın heyətinə düşə bilməyənlərə şans veriləcək

Uzun fasilədən sonra «Neftçi» klubunun futbolçuları - Zaur Tağızadə və Rəşad Sadıqov Azərbaycan milli komandasına çağırılacaq.


Yığmanın yeni baş məşqçisi Qyoko Hadziyevski bu oyunçuları Avropa çempionatının seçmə mərhələsinin son iki matçında sərəncamında görmək istəyir.


Bu məqsədlə həm Z. Tağızadə, həm də R. Sadıqov Finlandiya və Belçikaya qarşı keçiriləcək oyunlar üçün heyətə daxil ediləcək. Bundan başqa, Azərbaycanın tanınmış futbolçularının əksəriyyəti milli komandaya dəvət olunacaq.


Q. Hadziyevski keçmiş baş məşqçi Şahin Diniyevlə münaqişə üzündən yığmanın heyətinə düşə bilməyənlərin hamısına şans vermək qərarına gəlib.


Z. Tağızadə sonuncu dəfə 2005-ci ilin oktyabrında dünya çempionatının seçmə mərhələsində milli komandanın formasını geyinib. Ş. Diniyev baş məşqçi olduğu dövrlərdə «Neftçi»nin kapitanına iki dəfə dəvət göndərsə də, yarımmüdafiəçi qeyri-müəyyən səbəblərdən bundan imtina edib.


Yığmanın qapıları Rəşad Sadıqovun üzünə isə 2006-cı ilin avqustunda bağlanıb. İki il Azərbaycanın ən yaxşı futbolçusu seçilmiş R. Sadıqov Ukraynaya 0:6 hesablı məğlubiyyətdə əsas günahkarlardan biri hesab olunurdu. / «APA-Sport» /


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG