Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 21:34

«Azərbaycanda təxminən 15 min əmək miqrantı var»


Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 30 min əcnəbi qeydiyyatdadır
Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 30 min əcnəbi qeydiyyatdadır

«Azərbaycanda təxmini hesablamalara görə, 15 min əmək miqrantı var. Onlardan yalnız 2 minə qədəri leqal əmək fəaliyyəti ilə məşğul olur».


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev jurnalistlərlə söhbətində belə deyib. Cənab Tağıyev əmək miqrantlarının qanunsuz fəaliyyətini iki səbəblə izah edib: «İşəgötürənlər ya qanunu bilmirlər, ya da miqrantlar üçün iş icazəsi almaqdan yayınırlar».


Rauf Tağıyev deyir ki, əmək miqrantları arasında say çoxluğuna görə birinci yerdə Türkiyə, ikinci yerdə Böyük Britaniya, növbəti yerlərdə isə MDB ölkələrinin vətəndaşları gəlir. Cənab Tağıyevin verdiyi məlumata görə, bir il əvvələ kimi əmək miqrantlarının 98 faizi neft sektorunda çalışırdılar. Bu il isə həmin rəqəm 54 faizə enib: «Bizim məqsədimiz daxili bazarı qeyri-leqal əmək miqrantlarından qorumaqdır».


Tağıyev əlavə edir ki, qanunvericilikdə nəzərdə tutulduğu kimi burda yaşamağa gələn əcnəbilərlə bağlı illik kvota müəyyənləşdirməyə ehtiyac görmürlər: «Bizdə buna ehtiyac yoxdur, çünki gərginlik yoxdur».


Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 30 min əcnəbi qeydiyyatdadır.


XS
SM
MD
LG