Keçid linkləri

2025, 25 Aprel, Cümə, Bakı vaxtı 23:17

Yaxın iki gündə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu işə düşəcək


Avtobuslardan yalnız şəxsiyyət vəsiqəsi olan şəxslər istifadə edə biləcək
Avtobuslardan yalnız şəxsiyyət vəsiqəsi olan şəxslər istifadə edə biləcək

Yaxın iki gün ərzində Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə müntəzəm avtobus reysləri fəaliyyətə başlayacaq. Muxtar Respublikanın Nəqliyyat Departamentindən verilən məlumata görə, İran tərəfdəki kiçik texniki məsələlərin həllindən sonra avtobuslar işə başlayacaq.


İritutumlu iki avtobusun hər gün reysə çıxacağı bildirilir. Departamentdən bildirirlər ki, biletlərin qiyməti yüklərsiz 14 manat olacaq. Bu da təyyarə biletindən 1 manat 28 qəpik ucuzdur. Avtobuslar İran ərazisindən keçəcəyi üçün ondan yalnız şəxsiyyət vəsiqəsi olan şəxslər istifadə edə biləcək.


Bu il avqustun 21-də Azərbaycan hökuməti və İranın Yol Nəqliyyatı Nazirliyi arasında Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun açılması haqda sənəd imzalanıb.


Son zamanlar Naxçıvan hava limanında mütəmadi olaraq problemlər yarandığında n sərnişinlər Bakıya gəlməkdə çətinlik çəkirlər.


XS
SM
MD
LG