Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:52

«Eynulla Fətullayevə qarşı ittihamlar ləğv edilsin və o, azadlığa buraxılsın»


E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib Foto: contact.com.az
E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib Foto: contact.com.az

«Eynulla Fətullayevə qarşı irəli sürülən ittiham siyasidir və tezliklə ləğv edilməli, jurnalist azadlığa buraxılmalıdır». Bu fikirləri «Human Rights Watch» Beynəlxalq Hüquq Müdafiə təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Holli Kartner deyib.



Holli Kartner bildirib ki, siyasi motivli ittihamlar və jurnalistlərə qarşı zorakı hücumlar açıq-aşkar Azərbaycanda tənqidi səslərin susdurulmasına yönəldilib.


«Bu məhkəmə deyil, ancaq siyasi təqibdir». Bu fikirləri isə baş redaktorun həbsinə münasibət bildirən Amerikadakı Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Simon deyib. İcraçı direktor deyib ki, biz prezident İlham Əliyevi cavabdeh hesab edirik və tələb edir ki, o, Eynulla Fətullayevin həbsxanadan buraxılmasına göstəriş versin.

«Biz prezident İlham Əliyevi cavabdeh hesab edirik və tələb edir ki, o, Eynulla Fətullayevin həbsxanadan buraxılmasına göstəriş versin»
Coel Simon bildirib ki, Azərbaycan hökuməti hüququ sistemindən onu tənqid edənləri təqib etmək üçün istifadə edir.


Amerikadakı Jurnalistləri Müdafiə Komitəsi Eynulla Fətullayevin həbsini Azərbaycanda jurnalistlərin siyasi motivlərlə təqib edilməsi prosesinin davamı adlandırıb. Təşkilatın Avropa və Orta Asiya bölməsinin koordinatoru Nina Oqnianovanın «Azadlıq» radiosuna bildirib:


«Biz Azərbaycan hakimiyyətini çağırırıq ki, Eynulla Fətullayevə qarşı ittihamlar ləğv edilsin, o, azadlığa buraxılsın və onun baş redaktoru olduğu qəzetlərin fəaliyyəti bərpa edilsin».


Hökmü Sərhədsiz Reportyorlar Birliyi də pisləyib. Birliyinin Avropa və keçmiş sovet respublikaları üzrə nümayəndəsi Elza Vidal deyib ki, bu çox uzun həbs müddətidir, halbuki ona qarşı ittihamlar təsdiqlənməyib, onun terrorda günahlandırılmasını təsdiqləyən hər hansı sənəd yoxdu».


Xanım Vidal deyib ki, onlar jurnalistin Avropa İnsan Haqları Məhkəməsinə üz tutmaq niyyətini dəstəkləyəcəklər.


Oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG