Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 22:26

AFFA-nın prezidenti vəfat edib


R.Mirzəyev AFFA-ya 2003-cü il dekabrın 29-dan rəhbərlik edirdi
R.Mirzəyev AFFA-ya 2003-cü il dekabrın 29-dan rəhbərlik edirdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Ramiz Mirzəyev oktyabrın 29-dan-30-na keçən gecə vəfat edib.


AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlunun verdiyi məlumata görə, 53 yaşlı prezident qaraciyərin soyuqdəyməsindən uzun müddət idi ki, İsraildə müalicə olunurdu. Son günlər həkimlər onun sağlamlığı ilə bağlı problemlərin artdığını nəzərə alaraq müalicəni dayandırmışdılar.


R.Mirzəyev AFFA-ya 2003-cü il dekabrın 29-dan rəhbərlik edirdi. Onun bu gün doğulduğu Tovuz rayonunda dəfn olunacağı bildirilir.


XS
SM
MD
LG