Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

«Dövləti təhlükə yoxdur»


«Azərbaycandakı dini tolerantlıqdan sui-istifadə etməyə heç kəsin haqqı yoxdur»
«Azərbaycandakı dini tolerantlıqdan sui-istifadə etməyə heç kəsin haqqı yoxdur»

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov «Azadlıq» radiosuna müsahibəsində Azərbaycanda radikal dini qrupların fəaliyyətinə münasibət bildirərkən deyib.


Oktyabrın 29-da Milli Təhlükəsizlik Nazirliyi bir qrup vəhhabiyə qarşı həyata keçirilmiş əməliyyatla bağlı rəsmi açıqlama yayıb.


H. Orucov deyir ki, Dini Komitə belə qruplar barədə məlumatlıdır:


«Dəfələrlə güc strukturları bu qruplara qarşı tədbirlər görüblər. Amma təəssüf ki, onları düz yola gətirmək hələ də mümkün olmayıb. Radikal dini qruplar zəif olsa da, hələ də var. Dövləti təhlükə olmasa da, belə qruplar cəmiyyəti narahat edirlər».


Komitə rəhbəri hesab edir ki, məsələ birdəfəlik tənzimlənməlidir:


«Azərbaycandakı demokratik mühitdən, dini tolerantlıqdan sui-istifadə etməyə heç kəsin haqqı yoxdur».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG