Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:27

Naxçıvan aeroportunda vəziyyət yenə də gərginləşib


Sərnişinlər «Azadlıq» radiosuna biletlərin əlaltından 70-80 dollara satıldığını deyiblər
Sərnişinlər «Azadlıq» radiosuna biletlərin əlaltından 70-80 dollara satıldığını deyiblər

Oktyabrın 20-dən Naxçıvan hava limanında yaranan sərnişin sıxlığı iki gündür yağan aramsız yağış üzündən vəziyyəti daha da gərginləşdirib. Hazırda 1500-ə yaxın şəxs bilet almaq üçün günlərlə aeroportda gecələməli olduqlarını deyirlər. İki gün əvvələ kimi təyyarənin uçuş qrafikində hər hansı problem olmadığı halda bilet tapılmırdısa, indi hava şəraiti də sərnişinlərin uçuşuna əlavə problem yaradıb. Təyyarə reyslərində gecikmələr müşahidə olunur.


Sərnişinlər «Azadlıq» radiosuna biletlərin əlaltından 70-80 dollara satıldığını deyiblər. Artıq hava limanında biletlərin qiymətinin qalxacağı ilə bağlı söhbətlər də dolaşır. Söylənilənlərə görə, hazırda 16 manata olan biletin qiyməti 2008-ci ilin yanvarından 35 manata qaldırılacaq.


Aeroportdakı vəziyyətin gərginliyi Muxtar Respublika rəhbərliyini də narahat etməyə başlayıb. Məlumata görə, vəziyyəti nisbətən normallaşdırmaq üçün İranın Naxçıvandakı baş konsulluğu ilə danışıqlar aparılır. Əgər danışıqlar müsbət nəticə verərsə, yaxın günlərdə Naxçıvan-İran-Astara marşrutu ilə müvəqqəti avtobus reysləri fəaliyyətə başlayacaq.


Bu il avqustun 21-də Azərbaycan hökuməti ilə İranın Yol və Nəqliyyat Nazirliyi arasında Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun açılması barədə anlaşma sənədi imzalanıb. Həmin vaxt oktyabrın 1-dən avtobusların işə salınacağı bildirilsə də, hələ də bu günə kimi adıçəkilən marşruta avtobus salınmayıb. Yerli hakimiyyət bunu yeni avtobusların hələ də Muxtar Respublikaya gətirilməməsi ilə izah edir. Məlumata görə, avtobus biletlərinin qiyməti 18 manata yaxın olacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG