Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:26

Tümen - Bakı sərnişin qatarına silahlı basqın olub /Yenilənib/


Tümen-Bakı qatarı saat 20.30 radələrində Bakı Dəmiryol Vağzalına çatıb
Tümen-Bakı qatarı saat 20.30 radələrində Bakı Dəmiryol Vağzalına çatıb



Tümen-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı saat 20.30 radələrində Bakı Dəmiryol Vağzalına çatıb.


Hadisə barədə APA-ya Kalmıkiyaya ezam olunmuş Nəqliyyat Nazirliyinin şöbə müdiri Kazım Şərifov məlumat verib:


«Hadisə dünən [dekabrın 26-da] saat 22.00 radələrində - qatar Kalmıkiya Respublikası ərazisindəki «Artezian» stansiyasına çatarkən, vaqon-restoranda baş verib. Rusiya vətəndaşı olan bir azərbaycanlının milliyyətcə kalmık olan şəxslə mübahisəsi böyüyüb. Şahidlər bildiriblər ki, mübahisə azərbaycanlının telefonunun kalmık tərəfindən alınması və sonradan geri qaytarılmaması üzündən baş verib. Azərbaycanlının telefonunu tələb etməsi nəticəsində mübahisə böyüyüb və dəmiryolçu geyimində olan daha 4 nəfər də kalmıkla birgə azərbaycanlını döyməyə başlayıblar. Bu zaman vaqonda olan digər azərbaycanlılar da davaya qarışıb. Nəticədə kalmık telefonla zəng edərək, həmyerlilərini köməyə çağırıb. Qatar stansiyaya çatan kimi isə, 60-a qədər küt alətlərlə silahlanmış şəxs qatara basqın edərək, azərbaycanlıları döyməyə başlayıb.


Nəticədə 25 azərbaycanlı yaralanıb, onlardan dördünün vəziyyəti daha ağır olduğu üçün dərhal Kizlyar stansiyasında xəstəxanaya yerləşdiriliblər. Onlardan üçü bu gün [dekabrın 27] günorta saatlarında Azərbaycana yola salınıblar. Vəziyyəti daha ağır olan Sabirabad rayon sakini Allahqulu Cəfərov isə tibbi yardım aldıqdan sonra axşamüstü Bakı-Rostov qatarı ilə Azərbaycana göndərilib».


K. Şərifov hadisə nəticəsində qatarın 30-a qədər pəncərəsinin və bəzi dəmir hissələrinin sındırıldığını da bildirib.


Hadisə ilə bağlı Rusiya Federasiyasının Şimali Qafqaz Nəqliyyatda Baş Polis İdarəsində xuliqanlıq, polisə müqavimət və iğtişaş törətmə maddələri ilə cinayət işi başlanılıb. Basqınçılardan beşi saxlanılıb. Hadisə vaxtı iğtişaşı sakitləşdirməyə çalışan iki rus əsgəri də xəsarət alıb.


Qatarla gələn şahidlər də onlara hücum edənlərin milliyyətcə kalmık olduqlarını, hətta bəzilərinin əlində odlu silah da gördüklərini bildiriblər: «Onlar heç kimə əhəmiyyət vermirdilər. Hətta bir neçə dəfə avtomatdan atəş də açdılar».



***

Kalmıkiya Respublikasının hüquq-mühafizə orqanlarından bildiriblər ki, davada 20-dən çox adam iştirak edib.


İlkin məlumata görə, kalmıklarla azərbaycanlılar arasında mübahisə hələ Tümen-Bakı sərnişin qatarının restoranında düşüb. Qatar «Artezian» stansiyasına gəlib çatanda isə, orada çoxlu yerli sakin toplaşıbmış. /Interfax/



***

Kizlyar stansiyasında xəstəxanaya yerləşdirilmiş 4 yaralıdan 3-ü artıq Azərbaycana yola salınıb./APA/

***

Oktyabrın 26-da axşam Tümen-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarına silahlı basqın olub.


Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS-ə verdiyi məlumata görə, Kalmıkiyada «Artezian» stansiyasında müxtəlif kəsici alətlərlə silahlanmış 50-60 naməlum şəxs sərnişin qatarına hücum edib.


Nəticədə 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 4-nün vəziyyəti isə lap ağır olduğundan, onlar Kizlyar xəstəxanasına yerləşdirilib.


Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin rəhbərliyi «Rusiya Dəmiryolları» Səhmdar Cəmiyyəti və Şimalı Qafqaz Dəmiryolunun rəhbərliyinə teleqram vuraraq, hadisənin araşdırılmasını xahiş edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG