Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:16

Müharibə veteranı milli fəaliyyətinə görə həbs edilib


Londonda İran məktəblərində Azərbaycan dilinin tədrisini tələb edən aksiya
Londonda İran məktəblərində Azərbaycan dilinin tədrisini tələb edən aksiya

Oktyabrın 25-də Ərdəbil məhkəməsi iki Azərbaycan fəalını dörd ay azadlıqdan məhrum edib. Mənsur Ciddi və Əsgər Əkbərzadə «İran İslam Respublikası əleyhinə təbliğat aparmaq»da ittiham olunurlar.


Hər iki fəal ötən ilin sentyabrında ana dilinin tədrisi tələbilə aksiyalara çağırış vərəqələri yaydıqları vaxt saxlanıb.


Vaxtilə Ərdəbilin Tibb Elmləri Universitetinin əməkdaşı olan Mənsur Ciddi İran-İraq müharibəsinin veteranıdır. Həmin müharibədə o, kimyəvi bombaların partlayışından ağır xəsarət alıb, sonradan əsir düşüb, 9 il İraqda dustaq həyatı yaşayıb.


«Savalan Səsi» xəbər saytının yaydığı məlumata görə, müalicələrə baxmayaraq, cənab Ciddi hələ də əsəb xəstəliyindən əziyyət çəkir. Xəstəliyi isə ETTELAAT təcridxanası və Ərdəbil zindanında daha da şiddətlənib.


Başqa bir xəbərə görə isə, İran Azərbaycanından olan Ankara universitetinin aspirantı Məhəmməd Nüsrəti həyat yoldaşı ilə birlikdə anasına baş çəkmək üçün vətənə qayıdarkən, sərhəddə həbs edilib.


Nüsrəti nəzarət altında ikən, anası vəfat edib. Təhlükəsizlik məmurları anasının dəfn mərasimində iştirak etmək üçün ona dörd gün möhlət verib. Bu müddət başa çatandan sonra isə M. Nüsrəti Tehranın Evin zindanına aparılıb. Bu vaxtacan onunla görüşməyə icazə verilməyib və hansı ittihamla həbs edildiyi də bəlli deyil.


XS
SM
MD
LG