Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 05:17

Prokuror Fətullayevin 10 il həbsini istəyir

Proses oktyabrın 29-da müdafiə tərəfinin çıxışı ilə davam edəcək
Proses oktyabrın 29-da müdafiə tərəfinin çıxışı ilə davam edəcək

Dövlət ittihamçısı Çingiz Şükürov məhkəmədən «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevi 10 il müddətinə azadlıqdan məhrum etməyi xahiş edib.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə keçən bügünkü proses bundan sonra oktyabrın 29-na təxirə salınıb. Həmin gün müdafiə tərəfinin çıxışı olacaq.


Bu ilin mayında E.Fətullayevə Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə), 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) maddələri üzrə ittiham elan edilib.


This item is part of
XS
SM
MD
LG