Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:14

3 gün ərzində 4 minə yaxın avtomobildən qara örtüklər sökülüb


Polis avtomobildən qara örtüklər-plyonkalar və pərdələrin sökülməsini davam etdirir
Polis avtomobildən qara örtüklər-plyonkalar və pərdələrin sökülməsini davam etdirir

3 gün ərzində 4 minə yaxın avtomobildən qara örtüklər-plyonkalar və pərdələr sökülüb. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Ərəstun Məcidov «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramında deyib. Onun sözlərinə görə, yol polisinin keçirdiyi reydlər zamanı polisə müqavimət halları da olub, amma həmin adamlara aydınlaşdırılıb ki, avtomobillərin şüşələrinin tündləşdirilməsi qanun pozuntusudur. Tünd şüşəli maşınların əksəriyyətinin məmurlara, hökumət adamların yaxınlarına məxsusluğu ilə bağlı prezidentin dediklərinin öz təsdiqini tapıb-tapmamasına gəlincə Ərəstun Məcidov bir neçə belə avtomobilə rast gəldiklərini deyib.


Bəs qara örtüklərin təmizlənməsi prezidenti və bəzi dövlət məmurlarını müşayiət edən maşınlara da tətbiq edilibmi sualına gəlincə, Ərəstun Məcidov qanunda bununla bağlı istisnalar olduğunu bildirdi.


XS
SM
MD
LG