Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 13:23

Abdulla Gülün Azərbaycana səfərində 4 sənəd imzalanacaq


Abdulla Gülün səfəri noyabr ayının 6-8-ə nəzərdə tutulur
Abdulla Gülün səfəri noyabr ayının 6-8-ə nəzərdə tutulur

Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 4 sənəd imzalanacaq. Bu barədə «Xəbərlər-Azərbaycana» eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu bildirib.


«İmzalanacaq sənədlərdən biri malların ikiqat vergitutmadan azad olunması barədə sazişdir. Bu sənəd Türkiyədən idxal olunan malların qiymətlərini aşağı salmağa imkan verəcək», deyə səfir qeyd edib.


Səfirin sözlərinə görə, səfər noyabr ayının 6-8-ə nəzərdə tutulur.


«Bu Abdulla Gülün ölkə prezidenti qismində ilk xarici səfəridir. Azərbaycan və Türkiyə iki qardaş ölkədir və buna görə də, Türkiyənin yeni seçilmiş prezidenti ilk rəsmi səfərini Azərbaycana edir», Qarslıoğlu bildirib.



XS
SM
MD
LG