Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:25

«Hacı Məmmədovla Azərbaycanın hüquq-mühafizə orqanları arasında xüsusi razılaşma olub»


«Hacı Məmmədovla Azərbaycanın hüquq-mühafizə orqanları arasında xüsusi razılaşma olub».


Bunu Bakı Apellyasiya Məhkəməsində Daxili İlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun məhkəməsində vəkili Adil İsmayılov deyib. Onun sözlərinə görə, məhz bu razılaşmaya görə, Hacı Məmmədov Zakir Nəsirov haqqında əsassız ifadə verib. Ağır qətl və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəzası alan Zakir Nəsirovun günahsız olduğunu deyən vəkil, ona bəraət verilməsini məhkəmədən xahiş edib. Adil İsmayılov öz çıxışında bir gün əvvəl verdiyi vəsatətin təmin edilməməsinə də münasibət bildirərək bunu ədalətsizlik adlandırıb.


O, deyib ki, əvvəlcə məhkəmə heyətinə etiraz etmək istəyib. Ancaq sonradan Zakir Nəsirovla düşünüblər ki, Azərbaycanda onun vəsatətini təmin edəcək hakim olmadığından belə bir addım atmağa ehtiyac yoxdur. Adil İsmayılov vəsatətində bir sıra məsələlərin yenidən araşdırılmasını, bəzi keçmiş və indiki vəzifəli şəxslərin, o cümlədən Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin, Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin məhkəməyə çağırılmasını istəyirdi. Ağır qətl və adam oğurluğu ittihamı ilə həbs edilən DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq əməliyyat müvəkilli Hacı Məmmədov və digərlərinin apellyasiya şikayəti ilə bağlı proses oktyabrın 25-də də davam edəcək.
XS
SM
MD
LG