Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

«Təhsilə yatırılan sərmayə demokratiyaya qoyulan vəsaitdir»


Səfir Enn Ders Yeni Qala kəndində orta məktəbin açılış mərasimində iştirak edib
Səfir Enn Ders Yeni Qala kəndində orta məktəbin açılış mərasimində iştirak edib

Amerika inanır ki, Azərbaycanda təhsilə yatırılan sərmayə demokratiyaya qoyulan vəsaitdir. Birləşmiş Ştatların Azərbaycandakı səfiri Enn Ders belə deyib. Səfir oktyabrın 24-də Bakının yaxınlığında Yeni Qala kəndində orta məktəbin açılış mərasimində iştirak edib. Enn Ders ümid etdiyini bildirib ki, yüksək təhsilli insanlar ölkənin siyasi proseslərində fəal olacaqlar, seçkilərdə öz seçimlərini edəcəklər, yerli hökumət qurumlarında, icmalarda işləyib, öz problemlərini həll edə biləcəklər. Səfir deyir ki, yaxşı təhsil həm də ölkədə iqtisadiyyatın inkişafına təkan verən mühüm amildir.


Yeni Qaladakı məktəbdə 700 nəfər oxuya biləcək. Məktəbə maliyyə dəstəyini Amerika səfirliyi və ABŞ-ın Avropadakı Hərbi Komandanlığı verib. İndiyə kimi ABŞ-ın Hərbi Komandanlığı Azərbaycanda 12 məktəb layihəsini maliyyələşdirib. Layihələrin hamısına 3 milyon dollar vəsait xərclənib. Yeni Qaladakı məktəb isə 300 min dollara başa gəlib.


Enn Ders deyib ki, bu yaxınlarda Amerika hökuməti Laçın rayonundan olan məcburi köçkünlər üçün məktəb tikməyə başlayacaq.


XS
SM
MD
LG