Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:43

ABŞ Şərqi Avropada planlarını təxirə sala bilər


ABŞ-ın Müdafiə naziri Robert Geyts Çexiyaya səfər edib
ABŞ-ın Müdafiə naziri Robert Geyts Çexiyaya səfər edib

Amerika Şərqi Avropada raketdən müdafiə sistemi qurmaq planının icrasını İrandan gələn təhlükəyə aid konkret sübutlar əldə edənə qədər təxirə salmağı nəzərdən keçirir.


Bunu Çexiyada səfərdə olan ABŞ-ın Müdafiə naziri Robert Geyts deyib. O, bildirib ki, Vaşinqton Polşa və Çexiyada tikilməsi planlaşdırılan raketdən müdafiə sistemlərində Rusiyanın da iştirakını təklif edib.


Moskva Birləşmiş Ştatların Şərqi Avropada raketdən müdafiə sistemi qurmaq planının əleyhinədir. Rusiya təklif edir ki, Amerika bunun əvəzində Azərbaycandakı Qəbələ radarından istifadə etsin. Amerika isə bildirir ki, Qəbələ RLS Şərqi Avropayla bağlı planları əvəz edə bilməz, həmin planın bir hissəsi ola bilər.


«Biz inanırıq ki, Şərqi Avropada tikilməsi planlaşdırılan sistemlər daha geniş təhlükəsizlik monitorinq sisteminin tərkib hissəsi ola bilər. Bu isə Amerika və Rusiya arasında indiyəcən görünməmiş strateji əməkdaşlığa yol aça bilər».


Bunu isə Amerika prezidenti Corc Buş deyib. O bildirib ki, Şərqi Avropada raketdən müdafiə sistemi qurmağa ehtiyac var, bu, həm Amerikanın, həm də NATO-dakı müttəfiqlərinin təhlükəsizliyi üçün vacibdir:


«Raketdən müdafiə sisteminə ehtiyac real ehtiyacdır. Özü də məncə, bu, təcili addımlar tələb edən bir işdir. İran nüvə silahı və onları daşıya bilən uzaqmənzilli raket hazırlamaq üçün texnologiyalarını inkişaf etdirir».


Buş deyib ki, İran Amerikanı vura biləcək raketləri 2015-ci ilə qədər istehsal edə bilər. O, bir daha bildirib ki, Şərqi Avropadakı sistem Rusiyaya qarşı yönəlməyib, «soyuq müharibə» qurtarıb və indi Rusiya onların strateji tərəfdaşıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG