Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:23

20 minə yaxın plyonkalı və pərdəli maşın saxlanıb


Oktyabrın 25-dək heç bir plyonkalı və pərdəli maşın olmayacaq
Oktyabrın 25-dək heç bir plyonkalı və pərdəli maşın olmayacaq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyir ki, oktyabrın son beş günü ərzində 20 minə yaxın plyonkalı və pərdəli maşın saxlanıb. Maşınlardan bir qismi isə cərimə meydançalarına aparılıb.


Onun sözlərinə görə, qaydalar hamı üçündür, «hətta Prezident Aparatının maşınlarına da».


Vaqif Əsədov oktyabrın 25-dək heç bir plyonkalı və pərdəli maşının olmayacağına DYP-nin çalışacağını bildirir.


Oktyabrın 22-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev Daxili İşlər naziri Ramil Usubova pərdəli və plyonkalı maşınların sökülməsinə dair verdiyi göstərişin vaxtının oktyabrın 25-də bitdiyini bildirib.


XS
SM
MD
LG