Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 20:32

Ağcabədi rayonunun Hindarx kəndinə qəsəbə statusu verildi


Oktyabrın 23-də keçirilən iclasında Milli Məclis Ağcabədi rayonunun Hindarx kəndinə qəsəbə statusunun verilməsi haqqında qərar qəbul edib.


Kəndə qəsəbə statusunun verilməsi ilə bağlı prezident İlham Əliyev sentyabrın 17-də parlamentə təklif göndərib.


Ağcabədinin Hindarx kəndinin 7500 nəfərdən çox əhalisi var. Kənd bələdiyyəsi və kənd icra nümayəndəsi kəndin çox böyük olduğunu və çoxlu sosial obyektlərin varlığını nəzərə alaraq Hindarxa qəsəbə statusunun verilməsi haqqında Milli Məclisə müraciət etmişdi.



XS
SM
MD
LG