Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:46

2008-ci ildə Azərbaycanın hərbi xərcləri 1 mlrd. 300 mln. dollaradək artacaq


2008-ci ildə Azərbaycanın hərbi xərcləri 1 mlrd. 300 mln. dollaradək artacaq.


Bu barədə prezident İlham Əliyev 2007-ci ilin 9 ayı ərzində ölkənin sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirib. Onun sözlərinə görə, cari ildə Azərbaycanın hərbi xərcləri 1 mlrd. dollar təşkil edib. Əliyev deyb ki, işğalçı qüvvələr danışıqlarda özlərini qeyri-səmimi apardıqları bir şəraitdə Azərbaycan öz hərbi potensialını möhkəmləndirməlidir «Heç kəs bizi bundan imtina etməyə məcbur edə bilməz. Bu, bizim suveren hüququmuzdur».


O, vurğulayıb ki, Azərbaycan bundan sonra da ordunun peşəkar hazırlığının artırılması üzrə tədbirlər görmək, silah-sürsat almaq, öz hərbi-sənaye kompleksini yaratmaq niyyətindədir.


XS
SM
MD
LG