Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:03

İordaniya prezidentinin xüsusi nümayəndəsi Bakıda səfərdədir


İordaniya prezidenti İkinci Abdulla Azərbaycan və Orta Asiya üzrə xüsusi nümayəndəsini təyin edib və ona nazir statusu verib. Abdulla Fureyket hazırda Bakıda səfərdədir.


Bu barədə XİN mətbuat katibi Xəzər İbrahim oktyabrın 22-də keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə Kralın nümayəndəsi 3 gün Bakıda olacaq, rəsmi səviyyədə danışıqlar aparacaq. «Əsas məqsəd iqtisadi və siyasi əlaqələri müzakirə etməkdir. Bakıda hesab edirlər ki, İordaniya kralının Azərbaycan üzrə nazir təyin etməsi strateji xarakterlidir və bu ölkənin regiona marağını təsdiq edir»-, deyə X.İbrahim bildirib.


XS
SM
MD
LG