Oktyabrın 21-də Türkiyədə Konstitusiyaya bir sıra düzəlişləri nəzərdə tutan referendum olub. Referendumda iştirak etmiş seçicilərin 69% səsverməyə çıxarılmış məsələlərin lehinə, 31% əleyhinə səs verib. Ümumxalq səsverməsində seçicilərin 67,3% iştirak edib.
Beləliklə, Türkiyə prezidentinin xalq tərəfindən seçilməsini nəzərdə tutan konstitusiya dəyişikliyi qəbul edilib.
Referenduma Türkiyədə prezidentlik səlahiyyətlərin müddətinin 7 ildən 5 ilədək azaldılması, 1 şəxsin prezident vəzifəsində 2 müddətdən artıq ola bilməməsi də çıxarılmışdı. Bununla yanaşı Türkiyə vətəndaşları parlament seçkilərinin 5 ildən - yox, 4 ildən bir keçirilməsinə, həmçinin parlament daxili səsvermədə yetərsay üçün 184 səsin yetərli olmasına münasibət bildiriblər. Səsvermə nəticəsində referenduma çıxarılmış məsələlər təsdiqlənib.