Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 02:17

«Sumqayıtda həbs olunmuş 6 vəhhabi ərəb ölkələrində təlim keçib»


Oktyabrın 10-u gecə saatlarından Sumqayıtda polis gücləndirilmiş iş rejiminə keçib

«Son günlər ölkənin bəzi bölgələrində, o cümlədən Sumqayıt şəhərində və şimal rayonlarında vəhhabilərin fəallaşması ilə əlaqədar hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərir».


APA-nın məlumatına görə, bu sözləri Baş prokurorun 1-ci müavini Rüstəm Usubov deyib. Bildirib ki, «hazırda Qusar rayon Prokurorluğunda vəhhabilərlə bağlı cinayət işinin istintaqı gedir və Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanıb».


Rüstəm Usubov deyib ki, 6 nəfər vəhhabi həbs olunub, onların evlərində axtarışlar aparılıb, xeyli döyüş sursatı aşkarlanıb.


«İstintaq yolu ilə müəyyən olunub ki, həmin şəxslər vaxtilə ərəb ölkələrində təlimlər keçib, bəzi təşkilatların tərkibində müharibələrdə iştirak ediblər. Belə şəxslərin Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərməsinin qarşısını hüquq-mühafizə orqanları alır», - deyə R.Usubov bildirib.


XS
SM
MD
LG