Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 14:41

«Öhdəliklərin yerinə yetirilməsinə ehtiyac var»


«Qarabağ danışıqlarında sülhün əldə edilməməsindən narahatıq»
«Qarabağ danışıqlarında sülhün əldə edilməməsindən narahatıq»

«Azərbaycanın Avropa «Qonşuluq Siyasəti» üzrə Fəaliyyət Planını qəbul etməsindən bir il keçir. Növbəti ildə artıq Bakının həmin planda öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirməsi diqqət mərkəzində olmalıdı».


Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Azadlıq» radiosuna müsahibəsində deyib.


«Azərbaycanda 7 jurnalistin həbsdə olması ölkənin Fəaliyyət Planında insan haqları ilə bağlı öz üzərinə götürtdüyü öhdəliklərə nə dərəcədə uyğun gəlir», – sualına cavab verən Semnebi bildirib ki, Bakı siyasi sahədə öz üzərinə böyük öhdəliklər götürüb. İndi ehtiyac var ki, həmin öhdəliklərin yerinə yetirilməsi üçün işlər görülsün:


«Demokratiya, insan haqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsi Avropa Birliyi ilə münasibətlərin qurulmasında əsas təməllərdəndi. Bunlar bizim diqqət mərkəzindədi və Azərbaycan rəsmiləri ilə danışıqlarımızın çoxunun mövzusunu təşkil edir».


Piter Semnebi onu da deyib ki, Qarabağ danışıqlarında sülhün əldə edilməməsindən narahatdılar. Onun sözlərinə görə, hər iki ölkə seçki ərəfəsindədi və belə vaxtlarda münaqişələr kimi mürəkkəb məsələlərin həllində irəliləyişin olması çətinləşir:


«Amma ümid edirik ki, iki ölkənin lideri hətta belə mürəkkəb dövrdə də irəliləyişə nail ola biləcək. Avropa Birliyi münaqişənin həllində birbaşa iştirak etmir, amma biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik, bunu münaqişənin həllində vacib alət sayırıq».


Semnebi deyib ki, əgər tərəflər razılığa gəlsə, onlar da növbəti mərhələlərdə öz köməklərini əsirgəməyəcəklər.


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi oktyabrın 18-ə Bakıya gəlib.


XS
SM
MD
LG