Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 06:05

«Xəzərin statusunun müəyyən olunmaması Transxəzər kimi layihələrin həyata keçirilməsinə maneçilik törətmir»


«Xəzər dənizinin statusunun müəyyən olunmaması Transxəzər kimi layihələrin gələcəkdə həyata keçirilməsinə maneçilik törətmir və törədə bilməz». Bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Tehranda Xəzəryanı ölkə başçılarının sammitindən danışarkən deyib.


Xələfov bildirib ki, Transxəzərlə bağlı fikir ayrılıqları var. Bunlar əsasən iki istiqamətdədir. Birinci mövqe odur ki, sualtı boru xəttinin keçməsi bütün Xəzəryanı dövlətlərlə razılaşdırılmalıdır. İkincisi isə Azərbaycanın mövqeyi belədir ki, sualtı kəmər ancaq ərazisindən keçən dövlətlərlə razılaşdırılmalıdır.


XİN-in rəsmisi bildirib ki, Xəzər hazırda ən əhəmiyyətli regionlardan biridir: «Xəzər dünya enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyət kəsb edir».


Xələfov bildirir ki, Xəzərin su səthi Azərbaycanın konseptual mövqeyi əsasında orta xətt prinsipi üzrə sektorlara bölünür. Su səthində isə müəyyən rejimlər müəyyən olunur.


Xəzərdə balıqçılıq üçün kvotaların müəyyənləşdirilməsinə gəlincə, X.Xələfov deyir ki, bu sahədə hələ də uyğunsuzluqlar qalmaqdadır. Belə ki, sovet hakimiyyəti dövründə böyük kvota ərazisinin böyüklüyü, əhalisinin çoxluğuna görə müəyyən edilirdi. Balıqçılıq kvotaları sahəsində isə hələ də razılaşdırmalara ehtiyac var.


XS
SM
MD
LG