Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:22

«ABU Petrol»a basqın olub


Basqınçıların tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır
Basqınçıların tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır

Oktyabrın 19-da səhər Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində yerləşən «ABU Petrol» yanacaqdoldurma məntəqəsinə 5 naməlum silahlı şəxs silahlı basqın edib. Bu haqda «Azadlıq» radiosuna Abşeron Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat veriblər.


Növbətçi hissədən yanacaqdoldurma məntəqəsindən nə qədər pul aparıldığının hələlik məlum olmadığını bildiriblər.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzərTAc-a verilən məlumata görə isə basqınçılar yanacaqdoldurma məntəqəsinin işçiləri Zaur Fəttayevi, Kamran Xanobadskini və Feyruz Məmmədovu odlu silahla hədələyərək onlara məxsus 3 ədəd mobil telefon və məntəqəyə məxsus 1300 manat pulu aparıblar.


Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi açılıb. Basqınçıların tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.


Hadisə zamanı yaralanan olmayıb.


XS
SM
MD
LG