Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 02:28

«Soyqırım» iddiaları ilə bağlı qətnamə ümumi səsverməyə çıxarılmaya bilər


Konqresdə «soyqırım» iddiaları ilə bağlı qətnamə layihəsinə dəstək getdikcə azalır
Konqresdə «soyqırım» iddiaları ilə bağlı qətnamə layihəsinə dəstək getdikcə azalır

Ermənilərin «soyqırım» iddiaları ilə bağlı qətnamə Amerika Konqresinin Nümayəndələr Palatasında ümumi səsverməyə qoyulmaya bilər. Dövlət Departamentinin sözçüsü Tom Keysi deyib ki, Buş administrasiyası Nümayəndələr Palatasının sədri Nensi Pelosinin çıxışından ürəklənib.


Pelosi deyib ki, səsvermə keçirilməyə bilər çünki, qətnamə layihəsinə dəstək getdikcə azalır. Buş administrasiyası və Türkiyə hökumət rəsmiləri xəbərdarlıq ediblər ki, sənədin qəbulu Ankarayala Vaşinqtonun münasibətlərini pisləşdirə bilər.


Sözügedən qətnamə oktyabrın 11-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən keçib. Sənəddə deyilir ki, Osmanlı İmperiyası ermənilərə qarşı soyqırım həyata keçirib. Gələn ay sənədin ümumi səsverməyə çıxarılması gözlənilir.


XS
SM
MD
LG