Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 16:52

«Azərbaycan Avropa Birliyi üçün tranzit ölkə kimi də əhəmiyyət kəsb edir»


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi

«Xəzəryanı ölkələrin dövlət başçılarının razılaşdırılmalı olduğu məsələlər var». APA-nın məlumatına görə, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran sammitinin yekunlarını belə dəyərləndirib.


Onun sözlərinə görə, Transxəzər boru kəmərləri layihələri Avropa Birliyinin prioritet hesab etdiyi sahələrdən biridir: «Bu kəmərlər sistemi alternativ enerji mənbələrinə malik olmaq baxımından mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycan Avropa üçün təkcə alternativ enerji təminatçısı kimi deyil, həmçinin mühüm tranzit ölkə kimi əhəmiyyət kəsb edir. Bu məsələdə bizim üçün Azərbaycanın mövqeyi də çox önəmlidir».


Piter Semnebi Nabucco layihəsini də mühüm sənəd adlandırıb. Vilnüs Enerji Sammitinin yekunlarını şərh edən AB təmsilçisi tədbirdə bir sıra konstruktiv qərarlar verildiyini deyib.


Piter Semnebi Bakıya ATƏT-in regional konfransında iştirak etmək üçün gəlib. Səfər iki gün çəkəcək.


Onun Azərbaycanın rəsmi şəxsləri, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə keçən il imzalanan Fəaliyyət Planının Azərbaycan tərəfindən yerinə yetirilməsinin müzakirə olunacağı da gözlənilir.


XS
SM
MD
LG