Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:07

AFFA-nın yeni iqamətgahı açılıb


FİFA prezidenti Yozef Blatter, AFFA-nın baş katibi Elxan Məmmədov və UEFA-nın rəhbəri Mişel Platini
FİFA prezidenti Yozef Blatter, AFFA-nın baş katibi Elxan Məmmədov və UEFA-nın rəhbəri Mişel Platini

FİFA prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platini AFFA-nın yeni iqamətgahının açılışı mərasimində iştirak ediblər. Açılış mərasimi zamanı AFFA-nın baş katibi Elxan Məmmədov bu günü Azərbaycan futbolu üçün tarixi bir gün adlandırıb.


«FİFA və UEFA Azərbaycan futboluna böyük dəstək göstərirlər. FİFA və UEFA-nın birbaşa iştirakı ilə «Qol və xett-trik» proqramı həyata keçirilir, 40 sintetik meydança yaradılıb» - deyə Məmmədov bildirib.


Daha sonra isə Platini çıxış edərək bildirib ki, assosiyasiyalara kömək göstərilməsi UEFA və FİFA-nın prioritetlərindəndir. Azərbaycan bu sahədə istisna deyil. Yozef Blatter öz həmkarının fikirlərini dəstəkləyərək ümid etdiyini bildirib ki, AFFA-nın yeni iqamətgahı Azərbaycan futbolunun gələcək uğurları üçün təməl rolu oynayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG