Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Müsavat meriyadan cavab gözləyir


Müsavat Partiyası 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı Qoşa Qala qapısı önündə bayram tədbiri keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətə hələ də cavab almayıb. Partiyanın mətbuat katibi Mehman Cavadoğlu: «Qanun meriyanın müraciətdə göstərilən tarixdən iki gün öncəyə qədər cavab verməsini nəzərdə tutsa da, hələlik partiyaya heç bir məktub daxil olmayıb».


1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Konstitusiya Aktı qəbul etməklə 71 ildən sonra ölkənin müstəqilliyini bərpa edib. O zamandan həmən tarix Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur. 2006-cı ildə İlham Əliyevin sərəncamı ilə həmən gün dövlət bayramı sayılsa da, təqvimdəki qeyri-iş günlərinin sırasından çıxarılıb.


XS
SM
MD
LG