Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:16

Lüksemburqda Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının toplantısı keçirilir


Oktyabrın 16-da Lüksemburqda Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının növbəti toplantısı öz işinə başlayıb. Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim məlumat verib. Onun sözlərinə görə, müzakirələr üç bölmə üzrə aparılacaq: «Birincisi, Yeni Qonşuluq Siyasəti çərçivəsində gələcək işbirliyi perspektivləri, ikincisi, siyasi məsələlər, insan haqları, demokratiyanın durumu, üçüncü, enerji əməkdaşlığı məsələləri». Toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.


XS
SM
MD
LG