Keçid linkləri

2025, 11 İyul, Cümə, Bakı vaxtı 15:16

Oktyabrın 16-sı Ümumdünya Ərzaq Günüdür


Baş katib deyib ki, aclığa son qoymaqla bağlı görülən işlərdə irəliləyiş azdır
Baş katib deyib ki, aclığa son qoymaqla bağlı görülən işlərdə irəliləyiş azdır

BMT-nin baş katibi Ban Ki Mun bununla bağlı dünya ölkələrinə müraciət edib. O, deyib ki, dünyada 854 milyon insan xroniki aclıqdan əziyyət çəkir və bu say getdikcə artmaqdadır.


Baş katib müxtəlif nemətlərlə dolu dünyada belə halı qəbulolunmaz adlandırıb. BMT baş katibi deyib ki, aclığa son qoymaqla bağlı görülən işlərdə irəliləyiş azdır. Hamının normal qidalanması üçün ehtiyatların, biliyin və vasitələrin kifayət qədər olduğunu söyləyən Ban Ki Mun deyib ki, aclıqdan əziyyət çəkən 854 milyon insanın səsinin eşidilməsi üçün gücümüzü birləşdirməliyik.


XS
SM
MD
LG