Dövlət qulluğuna qəbulla bağlı test imtahanı oktyabrın 20-də keçiriləcək. Namizədlər həmin vaxta kimi buraxılış vərəqələrini almaq üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etməlidirlər.
Komissiyadan verilən məlumata görə ümumilikdə 1853 nəfər məmur olmaq üçün ərizə verib. Ayrı-ayrı nazirlik və idarələr 383 vakant yer təqdim ediblər.
İddiaçılar daha çox Dövlət Miqrasiya Xidmətində işləmək niyyətindədirlər. Bu strukturda 27 məmur postu uğrunda 356 nəfər mübarizə aparacaq. Daha çox ərizə verilən sonrakı dövlət qurumları isə İqtisadi İnkişaf, Gənclər, İdman və Turizm nazirlikləridir.
İmtahan iki mərhələdə aparılır. Testdən uğurla keçən iddiaçılar müsahibəyə dəvət olunurlar.