Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 18:43

İrana səfəri zamanı Rusiya prezidentinə sui-qəsd ola bilər


Kremldən bildirirlər ki, mümkün sui-qəsdlə bağlı Putini məlumatlandırıblar
Kremldən bildirirlər ki, mümkün sui-qəsdlə bağlı Putini məlumatlandırıblar

Məlumatı Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən «İnterfax» agentliyi yayıb. Xəbərdə deyilir ki, İrana səfəri zamanı Vladimir Putinin öldürülməsi və ya oğurlanmasıyla bağlı bir neçə intiharçı qrup hazırlanıb.


Kremldən bildirirlər ki, mümkün sui-qəsdlə bağlı Putini məlumatlandırıblar. Amma yayılan məlumatla bağlı Rusiya prezidentinin oktyabrın 16-na İrana planlaşdırılan səfərinin təxirə salınıb-salınmadığı məlum deyil.


İran Xarici İşlər Nazirliyisə məlumatların həqiqətə uyğun olmadığını bildirir. Nazirlik bunu Tehranın düşmənlərinin psixoloji müharibəsi adlandırıb.


Valdimir Putin isə hazırda Almaniyada səfərdədir. O, Almaniya kansleri Angela Merkellə iki ölkə arasında iqtisadi və digər ikitərəfli əlaqələrin digər aspektlərini müzakirə ediblər.


XS
SM
MD
LG