Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:26

İspaniya parlamenti xalqın yaddaşından Franko irsini silir


İspaniya parlamenti ölkəyə 40 il rəhbərlik etmiş Franko diktaturasının irsini yox etmək haqda ilkin qərar verib. Söhbət xüsusilə, Franko və tərəfdarlarını tərifləyən küçə adları, xatirə lövhələri və abidələrdən gedir.


Yekun səsvermə oktyabrın 30-da keçiriləcək. Gözlənir ki, sosialistlər və onların müttəfiqləri «tarixi xatirə haqqında» qanunu təsdiqləyəcəklər. Bu qanun həmçinin, hərbi diktaturanın qurbanlarına haqq qazandırmağı və Franko məhkəmələrinin siyasi rəqiblərə qarşı hökmlərini ləğv etməyi nəzərdə tutur.


Müxalif Xalq Partiyası yeni qanunun qəbulunu pisləyir. Onlar hesab edirlər ki, bu qərar «köhnə yaraların üstünü açır» və «ədavət yaradır».


1939-cu ildə vətəndaş müharibəsinin sonunda 50 min respublikaçı edama məhkum edilib, on minlərlə insan həbsxanaya salınıb. 1977-ci ildə - Fransisko Frankonun ölümündən iki il sonra İspaniya diktatura dövründə cinayətlər törətmiş rejim funksionerlərini əfv edib. Bu, milli barışığa kömək üçün edilib.


1978-ci ildə İspaniya demokratik Konstitusiyanı qəbul edib.


XS
SM
MD
LG