Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 00:05

İsa Qəmbər prezidentliyə namizəd oldu


Müsavatın toplantısında Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb
Müsavatın toplantısında Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb

Müsavat Partiyası qarşıdan gələn prezident seçkisində iştirak etmək barədə qərar verib. 2008-də il prezident seçkisində partiyanın namizədi başqan İsa Qəmbər olacaq. Müsavat Partiyasının mətbuat katibi Mehman Cavadoğlu «Azadlıq» radiosuna bildirib ki, partiyanın oktyabrın 12-də keçirilən toplantısında seçkilərdə iştirak etmək məqsədəuyğun sayılıb və İsa Qəmbərin namizədliyi irəli sürülüb.


İsa Qəmbər özü isə seçkilərdə qalib gələcəyinə inandığını deyir: «Seçkilərdə qalib gələcəyimə tam inanıram. Bu qələbənin gerçəkləşdirilməsi isə artıq cəmiyyətin və bizim fəaliyyətimizdən asılı olan məsələdir. Bunun da gerçəkləşməsi üçün çalışacağıq».


İsa Qəmbər 2003-cü il prezident seçkisində namizəd olub və rəsmi nəticələrə görə, 14 faiz səs toplayıb. Partiya isə namizədinin daha çox səs topladığını iddia edirdi.



Digər müxalifət partiyaları hələ prezident seçkisində iştiraka dair qərar verməyiblər.


XS
SM
MD
LG