Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:47

«Əfsuslar olsun ki, real faktlar və tarixi tədqiqatlar nəzərə alınmayıb»


Bakı ABŞ-ın fakta və obyektiv vəziyyətə istinad etməsini istəyir
Bakı ABŞ-ın fakta və obyektiv vəziyyətə istinad etməsini istəyir

«Belə qərarlar qəbul olunarkən ABŞ-ın milli maraqları, real faktlar və tarixi tədqiqatlar nəzərə alınmalıdır. Əfsuslar olsun ki, indiki halda bunlar deyil, çox dar daxili maraqlar nəzərə alınıb».


Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim ABŞ Konqresi komitəsinin erməni soyqırımı iddiaları ilə bağlı qərarını şərh edərkən belə deyib.


«Hətta ABŞ prezidenti, dövlət katibi və müdafiə naziri Konqresə müraciət edərək bu qərarın ölkənin milli maraqlarına uyğun olmadığını bildiriblər. Ümidvaram ki, bu qərar Konqresin Nümayəndələr Palatasının ümumi iclasına çıxarılanda ABŞ-ın milli maraqları, real fakt və tarixi tədqiqatlar nəzərə alınacaq».


Xəzər İbrahimin sözlərinə görə, Bakı ABŞ-ın fakta və obyektiv vəziyyətə istinad etməsini istəyir. «1990-cı illərin əvvəlində «907-ci düzəliş» də faktlara söykənilmədən, sırf daxili siyasətə uyğun qəbul edilmişdi».


Oktyabrın 10-da Amerika Konqresinin Xarici Əlaqələr Komitəsi ermənilərin soyqırımı iddiasına dair qətnaməni 27-21 səs nisbətində qəbul edib . Qətnamədə deyilir ki, 1915-17-ci illərdə Osmanlı İmperiyası ermənilərə qarşı ardıcıl soyqırımı həyata keçirib.


XS
SM
MD
LG