Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:50

Səid Dadaşbəylinin prosesində təqsirləndirilənlərin ifadələri dinlənib


Oktyabrın 10-u Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Səid Dadaşbəylinin dəstəsi kimi təqdim edilən 16 nəfərin prosesi davam edib.


Vəkil Elçin Qəmbərovun sözlərinə görə, prosesdə dəstə üzvlərinin ifadələri dinlənib. Emil Mehbalıyev və Rasim Kərimov çıxış edərək ittiham olunduqları məsələlərdə özlərini günahkar saymayıblar.


Oktyabrın 9-da isə Səid Dadaşbəylinin ifadəsi dinlənmişdi. Onlar zorakılıq yolu ilə hakimiyyəti ələ keçirməyə cəhddə və dövlətə xəyanətdə ittiham edilirlər. Proses oktyabrın 11-də davam edəcək.


XS
SM
MD
LG