BMT nümayəndəsi Endryu Harperin məlumatına əsasən, 18 İraq əyalətinin 11-i qaçqınların qəbulunu məhdudlaşdırır, çünki bunun üçün lazımi resursları yoxdur.
Harper deyir ki, indiki vəziyyət «qaynar qazana» oxşayır. Qaçqınların sayı azalmır, onlar üçün yemək və təhlükəsizlik tapmaq imkanları isə azalır. Bu da öz növbəsində, İraqda humanitar və sosial vəziyyətin kəskinləşməsinə gətirib çıxarır.
BMT-nin məlumatına əsasən, 2003-cü ilin martından, yəni ABŞ İraqda hərbi əməliyyata başlayandan bu yana 4 milyondan çox iraqlı qaçqın vəziyyətinə düşüb.