Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:55

«Xəzəryanı dövlət başçılarının sammitində hansısa sənədin imzalanacağını demək çətindir»


Oktyabrın 16-da Tehranda keçiriləcək Xəzəryanı dövlət başçılarının sammitində hər hansı sənədin imzalanacağını bəri başdan demək çətindir.


Bu barədə «Azadlıq» radiosuna Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov məlumat verib. Diplomatın fikrincə, hər şey iş gedişatında aydınlaşacaq. «Qabaqcadan nəsə açıqlamaq düzgün deyil. Əsas məsələ 5 Xəzər sahili ölkənin əməkdaşlığıdır».


İlham Əliyevin də iştirak edəcəyi zirvə görüşündə Xəzəryanı dövlətlərin əməkdaşlığı məsələləri müzakirə olunacaq.


Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, sammitdə bəyannamə layihəsi nəzərdən keçiriləcək. Rusiyalı diplomat güman edir ki, dənizin statusunun həll edilməyən məqamları da dövlət başçıları tərəfindən müzakirə ediləcək.


XS
SM
MD
LG