Oktyabrın 9-u gecə saatlarında Heydər Əliyev adına Ali Hərbi Məktəbin bir qrup kursantı ilə mülkü şəxslər arasında toqquşma olub.
Metronun «Əhmədli» stansiyası yaxınlığında mübahisə zəminində baş verən bu qarşıdurmada xəsarət alanların da olduğu bildirilir.
Baş verən olayı Müdafiə Nazirliyinin Mətbuat Xidməti də təsdiq edir. Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, əgər kursantların günahkar olduqları təsdiq olunarsa, onlara qarşı ciddi ölçü götürəcəklər. Hazırda isə toqquşmanın səbəbləri və başqa detallarla bağlı araşdırma aparılır.