Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:06

İlin əvvəlindən daşınmaz əmlak üzərində 78 min hüququn qeydiyyatı aparılıb


İlin əvvəlindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) tərəfindən daşınmaz əmlak üzərində 78 mindən artıq hüququn qeydiyyatı aparılıb. Qeydə alınmış hüquqların 33,4 mini ilkin bazarın, 44,6 mini təkrar bazarın payına düşür. 2006- cı ilin analojı dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında aktivlik 30% artıb.


Bu barədə «Turan»a DƏDRX- dən bildiriblər.


Təkrar bazar üzrə əsasən 22,3 min mənzil, 6,6 min fərdi yaşayış evi, 130 əmlak kompleksi, 5 çoxmərtəbəli yaşayış binası qeydiyyata alınıb.


İlin ilk 9 ayı ərzində 12,1 min daşınmaz əmlak girov altına qoyulub. Onun 7 mini Bakının, qalan 5,1 mini isə ölkənin digər şəhər və rayonlarının payına düşür.


XS
SM
MD
LG