Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:18

40 min kompyuter «quş qripi»ndən vaksin axtarır


Alimlərin beynəlxalq qrupu dünyanın 45 ölkəsində 40 min personal kompyuterdən ibarət hesablama şəbəkəsini işə salıb. Məqsəd «quş qripi»nə qarşı vaksinin axtarılmasıdır.


Bu cür paylanmış sistemlərdən tez-tez tədqiqat praktikasında istifadə olunur, onlar superkompyuterləri əvəz edirlər.


«Enabling Grids for E-sciencE» (EGEE) şəbəkəsi müəyyənləşdirməlidir ki, bazada olan yarım milyon maddədən hansı həqiqətən H5N1 virusunun törəyib çoxalmasının qarşısını ala bilər.


Tədqiqat başlanmazdan az qabaq Çin həkimləri müəyyən ediblər ki, «quş qripi»nin törədicisi hamilə qadının cifti vasitəsilə dölü yoluxdura bilər. Bu zaman yoluxmaya təkcə ağciyər deyir, başqa orqanlar da məruz qala bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG