Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:55

«ATƏT məkanında jurnalistlərin həbsi çox nadir haldır»


ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Xose-Luis Herrero
ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Xose-Luis Herrero

«ATƏT-in rəsmi nümayəndələri Azərbaycanda medianın vəziyyəti ilə bağlı bir neçə dəfə narahatlıqlarını ifadə ediblər».


«Turan»ın məlumatına görə, bunu oktyabrın 9-da ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Xose-Luis Herrero Azərbaycanda söz azadlığının durumunu və jurnalistlərin həbsi ilə bağlı vəziyyəti şərh edərkən bildirib.


Onun fikrincə, diffamasiya ilə bağlı məhkəmə prosesləri jurnalistlərin həbsi ilə başa çatmamalıdır. ATƏT-in şərəf və ləyaqətin müdafiəsi prinsiplərinə hörmət etdiyini bildirən səfir, eyni zamanda deyib ki, ATƏT məkanında jurnalistlərin həbsi çox nadir haldır. Herrero Azərbaycanın da bu ənənəni davam etdirəcəyinə ümid etdiyini bildirib.


Hazırda Azərbaycanda müxtəlif ittihamlarla yeddi jurnalist həbsdədir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG